Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
29 dekabr 2011, 22:20
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin gəlirləri 10 697 030,6 min manat, xərcləri 10 561 304,0 min manat məbləğində təsdiq edilsin.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:
4. “2012-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı)” təsdiq edilsin (əlavə olunur).
5. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilsin (əlavə olunur).
6. Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2011-ci il.