Gürcüstanın Prezidenti Zati-aliləri xanım Salome Zurabişviliyə
Text size
24 avqust 2020, 16:40
Hörmətli xanım Prezident,
Ölkənizin Duşeti bələdiyyəsi ərazisində avtobusun qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 avqust 2020-ci il.