İlham Əliyev Bakının Bülbül prospektindəki parkın əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
29 dekabr 2011, 19:20
Prezidenti İlham Əliyev Bakının Bülbül prospektindəki parkın əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Görülən işlər barədə dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, parkın ərazisindəki asfalt örtüklü hissəyə yüksək keyfiyyətli mərmər üzlüklər döşənmiş, ərazidə həmişəyaşıl ağaclar və gül kolları əkilmişdir. Parkın mərkəzində yeni fəvvarə quraşdırılmışdır. Müasir üslubu ilə diqqəti cəlb edən bu fəvvarə parka xüsusi yaraşıq verir. Buradakı işıqlandırma sistemi yeniləri ilə əvəz olunmuşdur. Paytaxtın gözəl guşəsində yerləşən bu parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.
Parkın əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.