İlham Əliyev Seynt-Vinsent və Qrenadinin Baş naziri Ralf Qonzalvesi qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
29 dekabr 2011, 14:00
Prezident İlham Əliyev de Seynt-Vinsent və Qrenadinin Baş naziri Ralf Qonzalvesi qəbul etmişdir.
Baş nazir Ralf Qonzalves Prezident İlham Əliyevə anadan olmasının 50 illiyi və ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbriklərini çatdırdı. Bakıda gedən sürətli inkişaf prosesinin şahidi olduğunu deyən qonaq ölkəsinin Azərbaycan ilə əlaqələri təhsil, turizm, sərmayə qoyuluşu, infrastruktur və digər sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu bildirdi.
Dövlət başçısı Seynt-Vinsent və Qrenadinin Baş naziri Ralf Qonzalvesin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğuladı.