Lalə Balıyevadan, Gəncə, Azərbaycan
Text size
10 avqust 2020, 10:00
Möhtərəm cənab Prezident.
Mən Gəncə şəhərində yaşayıram. Qızımın fiziki sağlamlıq imkanları məhduddur. Aztəminatlı ailə olsaq da, Sizin sayənizdə pandemiya dövründə heç bir çətinliklə üzləşmədik.
Mütəmadi olaraq ərzaq məhsullarından ibarət sovqatlar alırdıq. Bu diqqət və qayğı bizim üçün həm maddi, həm mənəvi dəstək idi.
Pandemiyanın yaratdığı bu çətin günlərdə əhalinin həssas təbəqəsinə göstərdiyiniz qayğıya görə Sizə özümün və qızımın adından dərin minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun.
Dərin hörmətlə,
Balıyeva Lalə Qəzənfər qızı
Azərbaycan Respublikası, Gəncə şəhəri.