Altay Ağayev və başqalarından, Qəbələ, Azərbaycan
07 avqust 2020, 12:30
Hörmətli cənab Prezident.
Azərbaycanda yol infrastrukturunun yenidən qurulma prosesinə böyük diqqət yetirilir. İldən-ilə bu proses daha da sürətlənir. Artıq ölkəmizdə ucqar dağ kəndlərinə belə asfalt yollar çəkilir.
Bu günlərdə kəndimizi qonşu kəndlərlə və Vəndam qəsəbəsi ilə birləşdirən 28 kilometr yola asfalt çəkilməsi kəndimizin sakinlərinin sosial rifahının yüksəlməsinə xidmət edəcəkdir.
Kənd sakinlərinin böyük sevincinə səbəb olan yolun çəkilməsinə görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Ağayev Altay Yaşar oğlu
Mehdizadə Sahib Vaqif oğlu
Məmmədov Nəriman Məhəmməd oğlu
Ağayeva Gülnar Əlfəddin qızı
Azərbaycan Respublikası, Qəbələ rayonu, Seyidqışlaq kəndi.