Ətrabə Məmmədlidən, Beyləqan, Azərbaycan
Text size


30 iyul 2020, 13:35
Hörmətli cənab Prezident.
Bu gün Azərbaycan tərəqqi yolu ilə irəliləyir. Bütün bunlar Sizin yorulmaz səyinizin bariz nümunəsidir. Bu yaxınlarda respublikamızın Tovuz rayon istiqamətində baş vermiş silahlı münaqişə bir daha erməni millətinin acizliyini və işğalçı siyasətini ortaya çıxardı. Amma Sizin vaxtında verdiyiniz qərarlar bütün Azərbaycan xalqının Sizinlə bir daha fəxr etməsinə səbəb oldu. Mən əminəm ki, Vətənimin əzəli torpağı olan Qarabağ yaxın müddətdə bizim olacaqdır.
Hörmətlə,
Məmmədli Ətrabə Mürüd qızı
Azərbaycan Respublikası, Beyləqan rayonu.