logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Qəbələdə modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub

Text size icon-size icon-size

29 iyul 2020, 18:30

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində Qəbələdə də modul tipli xəstəxana kompleksi quraşdırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələyə səfəri çərçivəsində kompleksdə yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, digər analoji səhiyyə müəssisələri kimi, burada da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi aparılacaq. Kompleks 3 korpus, 100 palata və 200 çarpayı yerindən ibarətdir.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi