logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Arye Qutdan, Qeysəriyyə, İsrail

Text size icon-size icon-size

29 iyul 2020, 15:45

Möhtərəm cənab Prezident.

Ənənəyə görə bu il də Azərbaycan mətbuatı öz yubileyini – yaradılmasının 145 iliyini qeyd etdi. Dost Azərbaycanda bu gözəl bayramı qeyd edən jurnalist dostlarım çoxdur.

Cənab Prezident, mənim üçün xoşagələn bir gözlənilməzlik oldu ki, Azərbaycan Milli Mətbuatı günündə Siz məni – İsrail dövlətinin vətəndaşını, Azərbaycanın sədaqətli dostu və oğlunu əcnəbi vətəndaşlar üçün Azərbaycanın ən ali mükafatı olan “Dostluq” ordeni ilə təltif etdiniz.

Sizin tərəfinizdən təltif olunmağımı Azərbaycanla real dostluğun, Azərbaycanın mənə etimadının, inamının və sədaqətinin rəmzi hesab edirəm. “Dostluq” ordeni mənim bioqrafiyamda əlamətdar hadisə oldu. Mən diaspor işindən, jurnalistika, siyasi analiz və İsraildə Azərbaycanın lobbiçiliyindən başlayaraq bütün çoxprofilli fəaliyyət illərim ərzində heç vaxt öz əqidəmdən dönməmişəm, öz prinsiplərimə sadiq olmuşam, Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın haqlı olmasına bir dəqiqə belə şübhə etməmişəm, həmişə Azərbaycanın və İsrailin rifahı naminə işləmişəm. Erməni lobbisi tərəfindən daim hədələnməyimə baxmayaraq, mən bu gün də sadəcə Azərbaycanın sədaqətli və həqiqi dostu deyil, dünyada erməni lobbisinə qarşı informasiya mübarizəsinin ön sıralarında gedən Azərbaycan oğlu kimi qalıram və öz işimdə yalnız şərəf və ədalət prinsiplərini rəftar tuturam.

Cənab Prezident, mənə səmimi münasibətinizə görə Sizə təşəkkür edirəm və mənə çox xoşdur ki, məhz Siz məni İsraildə bu yüksək “Dostluq” ordenini qürurla daşımaq şərəfinə layiq görmüsünüz.

Cənab Prezident, Siz həqiqətən yüksək dərəcədə savadlı, praqmatik, mahir və peşəkar dövlət xadimisiniz. Mən bir jurnalist, siyasi analitik və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki Nümayəndəliyinin icraçı direktoru kimi uzun illər boyu Sizi müşahidə edirəm və səmimi, açıq surətdə deyə bilərəm ki, Sizin incə xarici siyasət fəaliyyətinizə heyranam, bu siyasət sayəsində Azərbaycan bu gün Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin lideridir. Belə bir mürəkkəb geosiyasi regionda illər boyu sabitliyi və dövlətin inkişafını təmin etməyi hər siyasətçi bacarmazdı.

Sizin müdrik və düzgün multikulturalizm siyasətiniz sayəsində Azərbaycan uzun illərdir ki, etnoslararası, dinlərarası və mədəniyyətlərarası dialoqun nümunəsidir. Odlar Yurdu həmişə müxtəlif dinlərin və xalqların nümayəndələri üçün Vətən olub və bu gün də belədir. Qədim Azərbaycan torpağında iudaizm və islam, atəşpərəstlik və xristianlıq dinc yanaşı mövcud olub.

Cənab Prezident, bu torpaq məhz Sizin sayənizdə bu gün də tolerantlığa və dini dözümlülüyə inanılmaz meyil nümayiş etdirir. Məmnuniyyətlə bildirmək istəyirəm ki, İsrail dövləti Azərbaycanda yaşayan bütün icmalara, o cümlədən dünyada analoqu olmayan yəhudi icmasına Azərbaycanın və cənab Prezident, şəxsən Sizin diqqətinizi və səmimi münasibətimizi yüksək qiymətləndirir. Böyük qürurla qeyd etmək istəyirəm ki, Siz, cənab Prezident, dünyəvi dövlətə, multikulturalizmə və tolerantlığa sədaqətinizə görə, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara hörmətcil münasibətinizə görə dünya yəhudilərinin ehtiramını qazanmısınız.

Hörmətli cənab Prezident, mənə göstərdiyiniz etimad və ehtirama, məni yüksək mükafatla – “Dostluq” ordeni ilə təltif etdiyinizə görə Sizə İsrail dövlətində əslən Azərbaycandan olanların çoxminlik diasporu adından, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki Nümayəndəliyi adından, ailəmin adından bir daha təşəkkürümü bildirmək istəyirəm.

Sizə və Sizin gözəl ailənizə ürəkdən, səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, ali dövləti fəalliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

Arye Qut

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki Nümayəndəliyinin icraçı direktoru, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi