Anar Şükürovdan, Bakı, Azərbaycan


29 iyul 2020, 14:00
Hörmətli cənab Prezident.
Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi münasibətilə təltif etdiyiniz jurnalistlər sırasında sevinirəm ki, mən də varam. “Əməkdar jurnalist” adına layiq görülmək mənim üçün böyük fəxrdir. Uzun illər jurnalistika sahəsində göstərdiyim xidmətlərimin qarşılığı olaraq verdiyiniz bu mükafatın dəyəri heç nə ilə ölçülə bilməz. Sevinirəm, qürur hissi keçirirəm və Sizə minnətdaram, cənab Prezident. Hər zaman Vətənimizin, dövlətçiliyimizin uğrunda mübarizəyə hazıram. İşimə və peşəmə sevgim, sədaqətimlə mənə göstərdiyiniz etimadı doğrultmağa çalışacağam.
Dərin hörmətlə,
Anar Şükürov
“Azad Azərbaycan” MTRK-nin “İnformasiya və ictimai-siyasi verilişlər” departamentinin direktoru
Azərbaycan Respublikası, Bakı şəhəri.