İlham Əliyev İsmayıllıda modul tipli xəstəxananın açılışında iştirak edib
29 iyul 2020, 11:40
İyulun 29-da İsmayıllıda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı xəstəxanada yaradılan şəraitlə tanış oldu.
Bildirildi ki, modul tipli digər xəstəxanalarda olduğu kimi, bu səhiyyə ocağında da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şərait yaradılıb. Burada ağır simptomları olan xəstələrin qəbulu üçün əlavə avadanlıqlarla təchiz edilməklə müvafiq təkmilləşdirilmə işləri görülür. Üç korpusdan ibarət, 100 palatası və 200 çarpayı yeri olan bu xəstəxana kompleksi mərkəzləşdirilmiş Oksigen Generator Sistemi, həmçinin havalandırma sistemi ilə təchiz edilib.