Günəş Əkbərova və başqalarından, Lənkəran, Azərbaycan


27 iyul 2020, 19:45
Hörmətli cənab Prezident.
Biz Lənkəran rayonunun Velədi kənd orta məktəbinin müəllimləri Sizə müraciət edərək kəndimizi digər kəndlərlə birləşdirən yolun, həmçinin məktəbimizə gələn yolun təmir edildiyinə görə minnətdarlığımızı bildiririk.
Məktəbimizə işləyən müəllimlər, təhsil alan şagirdlər və onların valideynləri artıq rahat, geniş yoldan istifadə edirlər.
Kəndimizdəki yolların təmiri bütün kənd sakinlərinin sevincinə səbəb olub. Bu sevinci bizə yaşatdığınıza görə Sizə “çox sağ olun” deyir, təşəkkür edirik.
Hörmətlə,
Əkbərova Günəş Aslan qızı
Hüseynova Şəfəq Mirheydər qızı
Əsədova Naidə Əsəd qızı
Rzayev İqbal Zabil oğlu
Qurbanova Ülkər Yaşar qızı
Azərbaycan Respublikası, Lənkəran rayonu, Velədi kəndi.