Gülnarə Vəlixanlıdan, Sumqayıt, Azərbaycan
Text size


27 iyul 2020, 19:30
Hörmətli cənab Prezident.
Mən bu çətin pandemiya dövründə düzgün idarəçiliklə, qayğınızla bizi qoruduğunuza görə bir ana, bir bacı kimi Sizə minnətdarlıq etmək istəyirəm.
Sizə həm də, vaxtında verilən qərarlarla hamının köməyinə çatdığınıza, gördüyünüz haqsızlığın öhdəsindən gəldiyinizə görə təşəkkür bildirirəm. Sizin yüksək peşəkarlığınız, dərin biliyiniz bütün problemlərin həllində düzgün istiqamət göstərməyinizə kömək edir.
Allah Sizi və Vətənin keşiyində duran vətənpərvər oğullarımızı qorusun.
Hörmətlə,
Vəlixanlı Gülnarə
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.