Eldar Nuriyevdən, Bakı, Azərbaycan


27 iyul 2020, 18:05
Hörmətli cənab Prezident.
Sizin sədrliyinizlə Nazirlər Kabinetinin sosial-iqtisadi inkişafın yekunlarına həsr olunan sonuncu iclasını böyük məmnunluqla izlədim.
Sizin bu fundamental çıxışınız nəinki iclasda iştirak edənlər, eləcə də ziyalılarımız üçün böyük bir proqram, Sizin tərəfinizdən bizim hamımıza verilmiş bir yol xəritəsidir.
Bütün çətinliklərə baxmayaraq, Sizin sayənizdə biz birinci yarım ili az itkilərlə başa vurduq. Dünyanı bürümüş böyük bir bəla - COVID-19-la mübarizə apardığımız bir vaxtda Ermənistanın qəfil təcavüzü həqiqətən də ölkəmiz üçün imtahan oldu. Biz bu çətin imtahandan layiqincə çıxdıq və həmişə də çıxacağıq.
Cənab Prezident, Azərbaycan xalqı yaxşı bilir ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və baş memarı Heydər Əliyev xalqımızın hər bir vətəndaşının ürəyində əbədi məskən salmış, Azərbaycan tarixində əbədiyaşarlıq zirvəsinə yüksəlmişdir. Siz Heydər Əliyevin layiqli davamçısı olaraq onun işini bu gün uğurla davam etdirirsiniz.
Azərbaycan Respublikası bu gün güclü, inkişaf etmiş, beynəlxalq arenada yüksək nüfuza malik ölkədir. Bu isə, əlbəttə, mənfur erməniləri qıcıqlandırır və onlar imkan düşdükcə ölkəmizə qarşı təxribat törədirlər.
Cənab Prezident, Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya möhkəm cansağlığı, Azərbaycanımızın inkişafı naminə həyata keçirdiyiniz bütün islahatlarda və layihələrdə yeni uğurlar arzulayıram.
Tanrı Sizləri qorusun.
Hörmətlə,
Nuriyev Eldar Sirac oğlu
İqtisadiyyat üzrə fəlsəfə doktoru
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.