Səyyarə Səyyafdan, Bakı, Azərbaycan
27 iyul 2020, 11:00
Çox hörmətli cənab Prezident.
Milli Mətbuat günü münasibətilə imzaladığınız sərəncamla məni “Tərəqqi” medalı ilə təltif etdiyiniz üçün Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Ümumən mətbuatımıza və şəxsimə göstərdiyiniz etimad mənim məsuliyyətimi daha da artırır. Bundan sonrakı fəaliyyətim boyunca da Azərbaycan muğamı, musiqisi, ədəbiyyatı və incəsənətinin təbliğatçısı olacağam. Vətənim Azərbaycanın mədəni irs nümunələrinin daha da tanınması və mənimsənilməsi üçün çalışacağam.
Çox hörmətli cənab Prezident, mənə göstərdiyiniz bu diqqət və etimada görə Sizə bir daha təşəkkür edirəm. Dövlətimizin inkişafı, onun möhkəmlənməsi, xalqımızın firavanlığı və rifahı naminə yürütdüyünüz bu qətiyyətli fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və yeni nailiyyətlər arzu edirəm.
Hörmətlə,
Səyyarə Səyyaf
Xəzər Televiziyası
Azərbaycan Respublikası, Bakı şəhəri.