logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rövşanə Cavanşirzadədən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

25 iyul 2020, 10:00

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Mövcud müharibə şəraitindən hər kəs məlumatlıdır. Bu müddətdə düşmənin bizə qarşı etdiyi hər şey göz önündədir. Sizin rəhbərliyinizlə onlara layiqli cavablar verilir. İnanıram ki, gözəl günlərimizi Qarabağda, Şuşada, Laçında qeyd edəcəyik. Biz gənclərə verdiyiniz dəstəyə görə Sizə xüsusi minnətdarlığımı bildirirəm. Mən də bir vətəndaş olaraq, eyni zamanda, Yeni Azərbaycan Partiyasının könüllüsü, fəalı kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək orduda könüllü xidmət etmək üçün qeydiyyatdan keçmişəm. Könüllü olaraq Vətənimə və ordumuza əlimdən gələn hər bir dəstəyi göstərməyə hazıram.

Vətənimizi qorumaq hər birimizin borcudur.

Hörmətlə,

Rövşanə Cavanşirzadə

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi