logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Yavər Cəfərovdan, Ağdam, Azərbaycan

Text size icon-size icon-size

23 iyul 2020, 12:00

Hörmətli cənab Prezident.

Ulu öndər Heydər Əliyevin çıxışları xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz rol oynayıb, vətəndaşlarımıza Vətən sevgisi aşılayıb. Sizin çıxışlarınızı da izlədikcə qəlbində Vətən sevgisi alovlanan Lider görürük.

Buna görə də vətənpərvər Liderin bir çağırışına qısa zaman kəsiyində on minlərlə insan səs verdi. Biz həmişə fəxr etmişik ki, Sizin kimi Prezidentimiz var.

Mən də çağırışınıza qoşularaq orduya yazılmaq üçün könüllü siyahıya yazılmışam. Vətənin keşiyində durmağa hər zaman hazıram.

Ağdam rayon sakinləri Qarabağımızı mənfur ermənilərdən azad etmək üçün əmrinizi gözləyir. Allah Sizi qorusun.

Hörmətlə,

Cəfərov Yavər Fazil oğlu

Azərbaycan Respublikası, Ağdam rayonu, Çullu kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi