logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Xəlil Həsənov və başqalarından, Varşava, Polşa

Text size icon-size icon-size

23 iyul 2020, 11:30

Hörmətli cənab Prezident.

12 iyul tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri öz işğalçı xislətinə sadiq qalaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizə mənfurcasına hücum etmişlər.

Ali Baş Komandan olaraq Sizin rəhbərliyinizlə Azərbaycan Silahlı Qüvvələrinin düşmənin işğalçı həmlələrinə qarşı davam edən əks-əməliyyatları növbəti şanlı qələbəmizlə nəticələnəcəkdir.

Polşada yaşayan Azərbaycan gəncləri olaraq Qarabağımızın azad olunması və düşmənin hücumlarının qarşısının alınması üçün döyüşməyə hazırıq və əmrinizi gözləyirik.

Hörmətlə,

Həsənov Xəlil

Polşa Azərbaycanlıları Assosiasiyasının rəhbəri

Cəfərli Fərid

Polşa Azərbaycanlıları Şurasının rəhbəri

Əsədli Hüseyn

Rəhimli Həzi

Məmmədov Teymur və başqaları.

Polşa Respublikası, Varşava şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi