Azərbaycan-Serbiya sənədlərinin imzalanması mərasimi olmuşdur
13 may 2010, 12:40
Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Serbiya sənədlərinin imzalanması mərasimi olmuşdur.
Prezident İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiç “Azərbaycan Respublikası Prezidentinin və Serbiya Respublikası Prezidentinin Birgə Bəyannaməsi”ni imzaladılar.
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Serbiya Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol”u Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın xarici işlər naziri Vuk Yeremiç imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasportlara malik şəxlər üçün vizanın ləğv edilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın xarici işlər naziri Vuk Yeremiç imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya”nı Azərbaycanın vergilər naziri Fazil Məmmədov və Serbiyanın xarici işlər naziri Vuk Yeremiç imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Serbiyanın Baş nazirinin birinci müavini, daxili işlər naziri İvika Daciç imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Serbiyanın Baş nazirinin müavini, iqtisadiyyat və regionların inkişafı naziri Mladjan Dinkiç imzaladılar.