logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azər Babayevdən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

21 iyul 2020, 15:30

Hörmətli cənab Ali Baş Komandan.

İyulun 12-də Tovuz bölgəsində təcavüzkar Ermənistanın xain hücumunun qarşısı Azərbaycan ordusu tərəfindən nəinki qətiyyətlə alındı, eyni zamanda düşmənə ağır zərbə endirildi, çoxlu sayda hərbi texnikası və canlı qüvvəsi məhv edildi. Şəhid olan qəhrəmanlarımızın qanları yerdə qalmadı, qisasları alındı.

Azərbaycan ordusu bir daha göstərdi ki, Ermənistan onun qarşısında aciz və cılızdır.

Mən ehtiyatda olan polkovnik kimi Vətənimizin bu narahat günlərində Sizin əmrinizlə döyüş tapşırığını canla-başla yerinə yetirməyə hazıram.

Hörmətlə,

Babayev Azər Bahadur oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi