logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Şahnaz Əliyevadan, Abşeron, Azərbaycan

Text size icon-size icon-size

21 iyul 2020, 11:00

Hörmətli cənab Prezident.

Yaşanan son hadisələr bir vətəndaş kimi hər birimizi narahat etdi. Amma bütün narahatlıqlara baxmayaraq, qüdrətli ordumuz düşmənə öz layiqli cavabını verdi. Sizin qətiyyətli çıxışlarınız, düşmənə verdiyiniz layiqli cavablar bizdə qürur hissi oyadır. Biz Sizinlə qürur duyuruq. Atdığınız hər bir addımı dəstəkləyirik. İnanırıq ki, bu gün həsrətlə danışdığımız Qarabağımız tezliklə bizim sevinc göz yaşlarımıza şahid olacaq. Tezliklə qələbə müjdəsi eşidəcəyik. Biz Sizə güvənirik. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Şahnaz Əliyeva

Azərbaycan Respublikası, Abşeron rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi