logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Bəhruz Köçərlidən, Tərtər, Azərbaycan

Text size icon-size icon-size

20 iyul 2020, 15:45

Möhtərəm cənab Prezident.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlara Azərbaycan Milli Ordusu tərəfindən verilən tutarlı cavab hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Fəxr edirik ki, Sizin kimi Ali Baş Komandanımız, güclü nizami ordumuz var. Xalqın dövlətin, ordunuz yanında olması keçirilən orduya dəstək aksiyaları bunun bariz nümunəsidir. Düşmənə layiqli dərs verildi. O gördü ki, bizim generallarımız da öz cəbhədə, əsgərlərimizin yanındadır. Biz fəxr edirik ki, ordumuzun belə igid generalları, zabitləri var. Allah Vətən torpağını öz qanı, canı bahasına qoruyan bütün şəhidlərimizə rəhmət eləsin.

Bu gün Azərbaycan əsgəri düşməni məhv etməyə, torpaq uğrunda canından keçməyə hazırdır. Xalq öz Prezidentinə, onun yeritdiyi siyasətə güvənir, ordumuzun qələbəsini alqışlayır. İnanırıq ki, tezliklə düşmən üzərində tam qələbə çalacağıq. Bu qələbənin sevincini tam yaşayacağıq.

Hörmətlə,

Bəhruz Köçərli

Azərbaycan Respublikası, Tərtər rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi