logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Züleyxa Heydərovadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

20 iyul 2020, 15:30

Hörmətli cənab Prezident.

Son günlər erməni hərbçilərinin atəşgahı pozaraq döyüş mövqelərimizi atəşə tutmaları hamımızı hiddətləndirib. Xalqımızın bütün diqqəti cəbhə xəttindədir. Bu gün mənfur düşmənin təxribatının qarşısını güclü ordumuz qəhrəmancasına almışdır. Ləyaqətlə, şərəflə vəzifələrini yerinə yetirən hərbçilərimiz arasında şəhidlərimiz var. Biz inanırıq ki, Sizin komandanlığınızla bu təxribatına görə düşmənə layiqli cavab veriləcək və şəhidlərimizin qanı yerdə qalmayacaq.

Xalqımız Sizin yürütdüyünüz siyasətə tam güvənir.

Hörmətlə,

Heydərova Züleyxa Zahid qızı

YAP Səbail rayon Təşkilatı Gənclər Birliyinin üzvü

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi