Ələşrəf Niftiyevdən, Masallı, Azərbaycan


20 iyul 2020, 12:25
Hörmətli cənab Prezident.
Apardığınız daxili və xarici siyasətin uğurlarına Masallının ağsaqqalları, ziyalıları, veteranları ürəkdən sevinirlər. Son günlərdə Tovuz istiqamətində ermənilərin hərbi təxribatını qətiyyətlə pisləyirik. Öz əməllərindən qorxduqlarından dinc əhaliyə güc göstərmələri ermənilərin kökündə və xislətindədir. Onlar Sizin nüfuzunuzdan, gücünüzdən qorxu və təlaş keçirirlər. Hərbçilərimizin rəşadətindən qürur duyuruq. Allah şəhidlərimizə rəhmət eləsin. Tanrı Sizi qorusun.
Hörmətlə,
Ələşrəf Niftiyev
Masallı Ağsaqqallar Şurasının sədri, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli, yazıçı-publisist, jurnalist
Azərbaycan Respublikası, Masallı rayonu.