logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev 92 məhkumun əfv olunması haqqında Sərəncam imzalamışdır

Text size icon-size icon-size

26 dekabr 2011, 18:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 92 məhkumun əfv olunması haqqında 2011-ci il dekabrın 26-da Sərəncam imzalamışdır.

Sərəncam əsasında 75 məhkum azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən, 1 şəxs şərti cəzadan, 2 nəfər islah işləri cəzasından, 14 şəxs isə cərimə cəzasından azad edilmişlər.

Azərbaycan Respublikasının Prezidenti əmin olduğunu bildirmişdir ki, əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxararaq Azərbaycan dövlətinin qanunlarına gələcəkdə dönmədən əməl edəcəklər.

Sərəncamın mətni mətbuatda dərc ediləcəkdir. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi