logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Şahmar Hüseynovdan, Şamaxı, Azərbaycan

Text size icon-size icon-size

17 iyul 2020, 17:15

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Ölkəmizin həm sosial, həm də iqtisadi inkişafı ilə yanaşı milli təhlükəsizlik məsələləri, işğal olunmuş torpaqlarımızın qeyd-şərtsiz geri qaytarılması daim Sizin həyata keçirdiyiniz çevik siyasətin mərkəzində olmuşdur. Bütün bu işlərin yerinə yetirilməsində möhkəm iradə, siyasi güc və xalq-iqtidar birliyinin mövcud olması ən vacib amillərdən biridir. Hər bir ölkənin gücünün əsas göstəricilərindən biri də onun vahid milli orduya malik olmasıdır. Azərbaycanın müstəqillik əldə etdiyi ilkin dövrlərdə rəhbərlikdə səriştəsiz insanların olması bunu ləngitsə də, ilk öncə Ulu Öndərin başladığı ordu quruculuğu daha sonra Sizin rəhbərliyinizlə yeni mərhələdə və keyfiyyətdə davam etdi. Buna sübut olaraq 2016-cı ilin aprel ayında hərb tariximizə “Aprel döyüşləri” kimi düşən şanlı qələbəmizi qazandıq. Bu azğın düşmən qarşısında ilk qələbəmiz olmasa da, müasir ordu quruculuğunun yüksək səviyyədə təşkil olunmasından xəbər verirdi. Bu gün hər bir Azərbaycan gənci öz ordusunda xidmət keçməkdən qürur duyur. Düşmən tərəfindən törədilən növbəti təxribat ordumuzun qəhrəman hərbçiləri tərəfindən dəf edilmişdir. Əgər ehtiyac duyularsa, mən də bütün Azərbaycan xalqı kimi Sizin bir əmrinizlə bu döyüşlərdə iştirak etməyə hazıram. Hər birimiz Sizin möhkəm iradənizə inanır, tapşırıq və əmrlərinizi daim gözləyirik.

Hörmətlə,

Şahmar Hüseynov

Azərbaycan Respublikası, Şamaxı rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi