logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Latviya Respublikasının Prezidenti Andris Berzinşdən

Text size icon-size icon-size

26 dekabr 2011, 13:00

Zati-aliləri,

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə ən xoş arzularımı çatdırır, cansağlığı, ali dövləti vəzifənizdə uğurlar diləyirəm.

Latviya ilə Azərbaycan arasında mövcud əməkdaşlığın möhkəm əsası olan qarşılıqlı maraq və səmimi dostluq münasibətlərinə söykənməsi məni məmnun edir. Ümid edirəm ki, bizim gələcək əməkdaşlığımız xalqlarımızın rifahı naminə daha da yüksək səviyyəyə çatacaqdır.

Cənab Prezident, ad gününüz münasibətilə Sizi bir daha təbrik edir, dərin ehtiramımı çatdırıram.

Hörmətlə,

Andris Berzinş
Latviya Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi