Hicran İbrahimovdan, Lerik, Azərbaycan


16 iyul 2020, 18:05
Cənab Ali Baş Komandan.
Bu gün müstəqil Azərbaycan qüdrətli orduya malikdir. Ordumuzun güclənməsi, dövlət və xalq üçün vacib amildir. Tovuz rayonunda baş verən hadisələr və düşmənin susdurulması ordumuzun şücaətini, gücünü əks etdirir. Azərbaycan Silahlı Qüvvələrinin əsas öhdəliyi düşmənin işğal olunmuş torpaqlarımızdan çıxarılmasıdır və biz buna nail olacağıq. Sizin qətiyyətli çıxışlarınız, düşmənə layiqli cavabınız bizdə qürur hissi oyadır. Biz Sizinlə fəxr edirik, cənab Prezident. Biz Lerik gəncləri Sizin əmrinizi daim gözləyirik və Sizin iradənizə güvənirik.
Hörmətlə,
Hicran İbrahimov
YAP Lerik rayon Təşkilatının üzvü
Azərbaycan Respublikası, Lerik şəhəri.