logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Araz Cabbarovdan, Zərdab, Azərbaycan

Text size icon-size icon-size

16 iyul 2020, 15:00

Hörmətli cənab Prezident.

Sizin prinsipial, qətiyyətli siyasətiniz sayəsində Azərbaycanın ordusunun qüdrəti gündən-günə artır. Müdafiə sənayesi sahəsində yaradılan istehsal sahələri və müəssisələr böyük əhəmiyyət kəsb edir. Sizin sayənizdə Azərbaycana ən yüksək müdafiə sənayesi texnologiyaları gətirilir. Bu sahədə Sizin sayənizdə böyük işlər görülür.

Biz əminik. Torpağımızın bir qarışı da düşmən əlində qala bilməz. Bu gün hər bir azərbaycanlı belə düşünür. Əsgərlərimiz də hər an Vətənin və torpağın yolunda hər cür fədakarlığa hazırdır.

Mən də canla-başla döyüş bölgəsinə getmək, Vətənin müdafiəsində iştirak etmək istəyirəm.

Hörmətlə,

Cabbarov Araz

Azərbaycan Respublikası, Zərdab rayonu, Çallı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi