logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ülkər Yusifovadan, Zəngilan, Azərbaycan

Text size icon-size icon-size

15 iyul 2020, 16:35

Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan.

YAP Zəngilan rayon Gənclər Birliyinin fəal üzvü olaraq Sizə məktub yazmağı özümə borc bildim. Erməni silahlı qüvvələrinin bölmələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısının məharətlə alınması və ərazi bütövlüyümüzün qorunması ilə bağlı gördüyünüz tədbirlər üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Ölkəmizi müxtəlif təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz Liderlə xalq arasında olan bağlılıqdır. Sizin uzaqgörən siyasətiniz nəticəsində biz tezliklə işğal olunmuş torpaqlarımıza qayıdacağıq. Ölkəmizdə baş verən son hadisələr buna əyani sübutdur. Biz daim Sizinləyik və Sizin əmrinizi gözləyirik.

Dərin hörmətlə,

Ülkər Yusifova

YAP Zəngilan rayon Təşkilatının fəal üzvü

Azərbaycan Respublikası, Zəngilan rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi