logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Şimali Osetiya-Alaniya Respublikasının başçısı Taymuraz Mamsurovdan

Text size icon-size icon-size

26 dekabr 2011, 14:20

Hörmətli İlham Heydər oğlu!

Sizi 50 illiyiniz münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycanda olduğum günlər və Sizin müstəsna qonaqpərvərliyiniz ümidvar olmağa imkan verir ki, aramızdakı dostluq və əməkdaşlıq illər keçdikcə maraqlı və qarşılıqlı faydalı işlərlə yalnız möhkəmlənəcək və qüvvətlənəcəkdir. Bunun təminatı Rusiya və Qafqaz xalqlarının birgə sülh, həmrəylik və sabitlik səyləridir.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, ailə səadəti, firavanlıq və günəşli Azərbaycan sakinlərinin rifahı naminə yeni nailiyyətlər arzulayıram.

Hörmətlə,

Taymuraz Mamsurov
Şimali Osetiya-Alaniya Respublikasının başçısı
 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi