logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Tehran Əmiraslanovdan, Quba, Azərbaycan

Text size icon-size icon-size

14 iyul 2020, 16:30

Hörmətli cənab Prezident.

Son günlər ağrılı-acılı günlər yaşayırıq. Erməni faşistlərinin qəfil hücumu nəticəsində şəhid olmuş Vətən oğullarının xəbəri bizləri də hüznə boğdu. Allah şəhidlərimizə rəhmət ələsin.

Sizin rəhbərliyinizlə, İnşallah, qalib gələcəyik və o gün uzaqda deyil. İllərdir ölkəmiz üçün gördüyünüz işlər və xeyirxah əməllər göz qabağındadır. Bu inkişaf mənfur qonşularımızda qıcıq yaradır və təxribatlarla inkişafımıza mane olmağa çalışırlar.

Amma onların niyyəti baş tutmayacaq. Ölkəmizin gözəl günləri qabaqdadır və o gözəl günləri Sizinlə birlikdə görəcəyik. Torpaqlarımız da Sizin sayənizdə işğaldan azad olunacaq.

Cənab Prezident, Sizə cansağlığı, uzun ömür və yeni böyük qələbələr arzulayıram.

Hörmətlə,

Əmiraslanov Tehran Bəhram oğlu

Azərbaycan Respublikası, Quba rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi