logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovdan

Text size icon-size icon-size

26 dekabr 2011, 14:10

Hörmətli İlham Heydər oğlu,

Sizi 50 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin ömür yolunuz, dövlətinizin maraqlarına sadiqliyiniz, fəal həyat mövqeyiniz Azərbaycana hədsiz sədaqətlə xidmətin parlaq nümunəsidir. Bu gün Siz bütün gücünüzü, təcrübə və biliklərinizi xalqın rifahına sərf edərək çalışır, planları məharətlə real işlərə çevirirsiniz. Sizin yüksək peşəkarlığınız, məqsədyönlü işiniz çox cəhətdən ölkənin sosial-iqtisadi inkişafına, sakinlərinin həyat səviyyəsinin və firavanlığının yüksəlməsinə kömək edir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Yunusbek Yevkurov
İnquşetiya Respublikasının başçısı

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi