Azərbaycan Respublikasının Mülki Məcəlləsində və Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

14 iyul 2020, 16:55

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 2, maddə 71, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, № 5, maddə 512, № 7, maddə 814, № 10, maddə 1093; 2016, № 1, maddə 26, № 2 (I kitab), maddələr 186, 204, № 3, maddə 401, № 4, maddələr 640, 646, № 6, maddə 1005, № 7, maddə 1248, № 12, maddələr 1998, 2018; 2017, № 2, maddələr 151, 153, № 4, maddə 524, № 5, maddələr 703, 735, № 6, maddə 1035, № 11, maddə 1953, № 12 (I kitab), maddələr 2210, 2234, 2239; 2018, № 2, maddə 142, № 4, maddə 650, № 5, maddələr 845, 851, № 11, maddə 2212, № 12 (I kitab), maddələr 2467, 2518, 2526, 2533; 2019, № 1, maddələr 23, 50, № 5, maddələr 806, 812, 814, № 6, maddələr 994, 996, № 7, maddə 1202, № 8, maddə 1369, № 11, maddə 1681, № 12, maddə 1908; Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 62-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 853-cü maddənin adına “məlumatları” sözündən sonra “və sənədləri” sözləri əlavə edilsin;

1.2. 853.2-ci maddədə “məlumatın” sözü “məlumatların və sənədlərin” sözləri ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 444; 2006, № 12, maddə 1029; 2007, № 5, maddə 442, № 6, maddə 562, № 8, maddə 756; 2009, № 12, maddə 948; 2010, № 3, maddə 171; 2012, № 7, maddə 643; 2013, № 3, maddə 214; 2014, № 4, maddə 325; 2015, № 1, maddə 1; 2016, № 1, maddə 7; 2017, № 11, maddə 1961; 2018, № 3, maddə 406, № 5, maddə 848; 2019, № 2, maddə 186) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 87-ci maddə üzrə:

2.1.1. 87.1-ci və 87.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:

“87.1. Dənizlə yük daşınması müqaviləsi daşıyıcının yükgöndərənin və ya fraxtedənin ona verdiyi və ya verəcəyi yükü haqq müqabilində olduğu yerdən təyinat limanına daşımağı və əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsə (bundan sonra - yükalan) verməyi, yükgöndərən, fraxtedən, yükalan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini (fraxtı) ödəməyi öhdəsinə götürməsi barəsində müqavilədir.

87.4. Daşıyıcı dənizlə yük daşınması müqaviləsi əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat limanına daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə gəmiyə malik olan fiziki və ya hüquqi şəxsdir. Faktiki daşıyıcı mülkiyyət, icarə və ya istifadə hüququ ilə gəmiyə malik olan, daşıyıcının yükün daşınmasını və ya daşımanın bir hissəsini həyata keçirməyi həvalə etdiyi fiziki və ya hüquqi şəxsdir, o cümlədən daşımanın belə həyata keçirilməsinin həvalə edildiyi hər hansı bir digər fiziki və ya hüquqi şəxsdir.”;

2.1.2. 87.6-cı maddədə “müqaviləsini bağlayan, habelə daşıyıcıya yükü öz adından təhvil verən istənilən” sözləri “müqaviləsindəki daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi” sözləri ilə əvəz edilsin;

2.1.3. aşağıdakı məzmunda 87.6-1-ci maddə əlavə edilsin:

“87.6-1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin olduğu yerdən təyinat limanına daşınmasını öz adından, lakin yükgöndərənin hesabına təşkil edən şəxsdir.”;

2.2. 108-ci maddə üzrə:

2.2.1. adına “sənədlər” sözündən sonra “və məlumatlar” sözləri əlavə edilsin;

2.2.2. mətninə “Yükgöndərən” sözündən sonra “dənizlə yük daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və məlumatları, o cümlədən” sözləri və “sənədlərin” sözündən sonra “, habelə məlumatların” sözləri əlavə edilsin;

2.3. 119.1-ci maddədə “yükgöndərən və ya fraxtedən” sözləri “yükgöndərən, fraxtedən və ya yükalandan biri və ya onların səlahiyyətləndirdiyi digər şəxs” sözləri ilə əvəz edilsin;

2.4. 127-ci maddənin birinci cümləsinə “fraxtedən” sözündən sonra “və ya onların səlahiyyətləndirdiyi digər şəxs” sözləri və ikinci cümləsinə “yükalana” sözündən sonra “və ya onun səlahiyyətləndirdiyi digər şəxsə” sözləri əlavə edilsin;

2.5. 313-cü maddə üzrə:

2.5.1. adına “Daşıyıcıya” sözündən sonra “və ekspeditora” sözləri əlavə edilsin;

2.5.2. aşağıdakı məzmunda 313.4-cü maddə əlavə edilsin:

“313.4. Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir.”;

2.6. 316-cı maddənin mətninə “daşıyıcıya” sözündən sonra “və ya ekspeditora” sözləri əlavə edilsin;

2.7. 317-ci maddə üzrə:

2.7.1. 317.1-ci maddəyə “Daşıyıcı” sözündən sonra “və ya ekspeditor” sözləri əlavə edilsin;

2.7.2. aşağıdakı məzmunda 317.3-cü maddə əlavə edilsin:

“317.3. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud bir ay müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər.”;

2.8. aşağıdakı məzmunda 318.2.3-1-ci maddə əlavə edilsin:

“318.2.3-1. ekspeditora qarşı yaranan tələblər üzrə - iddia qaldırmaq hüququ yarandığı andan;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2020-ci il.

SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50