logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Aytac Əliyevadan, Şirvan, Azərbaycan

Text size icon-size icon-size

13 iyul 2020, 11:00

Çox hörmətli və dəyərli cənab Prezident.

Siz ölkəmizin bugünkü inkişafını təmin etmək, xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyiniz xidmətlərinizə görə xalqımızın dərin rəğbət və məhəbbətini, inam və etibarını qazanmısınız. Sizin rəhbərliyinizlə Vətənimiz dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Mən bir Azərbaycan gənci olaraq sevinclə vurğulamalıyam ki, Siz ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə hər zaman gənclərə böyük meydan verilməsinin tərəfdarı olmuş, bizlər üçün səmərəli şərait yaradılması üçün çalışmısınız. Biz gənclər yekdilliklə Sizi dəstəkləyirik. Hər zaman gənclərimizin yanında olduğunuz üçün Sizə sonsuz təşəkkür edirəm.

Hörmətlə,

Əliyeva Aytac Zaur qızı

Azərbaycan Respublikası, Şirvan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi