logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Günel Əsədovadan, Şamaxı, Azərbaycan

Text size icon-size icon-size

11 iyul 2020, 13:30

Hörmətli cənab Prezident.

Sizin koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq üçün gördüyünüz işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir və alqışlanır. Siz hər zaman xalqın yanındasız və həyata keçirdiyiniz sosial siyasət bizlərin yaxşı yaşaması üçündür.

Ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi davam etdiyi bir vaxtda müraciətim və ailə vəziyyətim nəzərə alınaraq mənə yardım verildiyinə görə minnətdaram.

Çox sağ olun, cənab Prezident. Bu çətin günlərdə hər bir vətəndaşa qayğı göstərir, yardımlar edirsiniz.

Əhaliyə göstərilən qayğıya görə bir daha Sizə təşəkkürümü bildirirəm.

Hörmətlə,

Əsədova Günel Güloğlan qızı

Azərbaycan Respublikası, Şamaxı rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi