10:58
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 268; 2006, № 2, maddə 67; 2009, № 4, maddə 213; 2011, № 12, maddə 1078; 2019, № 7, maddə 1194, № 8, maddə 1365) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddəyə “hallarının” sözündən sonra “, onları yaradan səbəb və şəraitin” sözləri əlavə edilsin.
2. 5.0.2-ci maddəyə “dövlət orqanının” sözlərindən sonra “(qurumunun)” sözü əlavə edilsin.
3. 6-cı maddə üzrə:
3.1. 6.0-cı, 6.0.2 – 6.0.8-ci maddələr müvafiq olaraq 6.1-ci, 6.1.2 – 6.1.8-ci maddələr hesab edilsin;
3.2. 6.1-ci maddədə “15 gündən” sözləri “5 iş günündən” sözləri ilə əvəz edilsin;
3.3. 6.1.4-cü maddədən “birdəfəlik” sözü çıxarılsın, həmin maddədə “rüsumların” sözü “ödənişlərin” sözü ilə əvəz edilsin;
3.4. aşağıdakı məzmunda 6.2-ci maddə əlavə edilsin:
“6.2. İnzibati nəzarəti həyata keçirən orqan ona göndərilmiş bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktlara uyğunluğunu müəyyənləşdirmək məqsədilə həmin akta daxil olduğu tarixdən 15 iş günü müddətində baxılmasını təmin edir.”.
4. 7.2-ci maddənin birinci (hər iki halda), ikinci və dördüncü cümlələrində “gün” sözü “iş günü” sözləri ilə, üçüncü cümləsində isə “gündən” sözü “iş günündən” sözləri ilə əvəz edilsin.
5. 8-ci maddə üzrə:
5.1. 8.1-ci maddədə “15 gün” sözləri “5 iş günü” sözləri ilə əvəz edilsin;
5.2. aşağıdakı məzmunda 8.1-1-ci maddə əlavə edilsin:
“8.1-1. İnzibati nəzarət icraatının həyata keçirilməsi zamanı inzibati nəzarəti həyata keçirən orqan dövlət orqanlarına (qurumlarına) sorğular verə və məlumatlar ala bilər.”;
5.3. 8.2-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“8.2. İnzibati nəzarəti həyata keçirən orqan inzibati nəzarət icraatı zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv öyrənilməsi üçün yerində araşdırma aparmaq və bələdiyyələrin vəzifəli şəxslərindən, bələdiyyə qulluqçularından və digər aidiyyəti şəxslərdən bununla bağlı yazılı şəkildə məlumatlar, arayışlar almaq hüququna malikdir.”;
5.4. 8.5-ci və 8.6-cı maddələrdə “gün” sözü “iş günü” sözləri ilə əvəz edilsin.
6. 9-cu maddədə “sonunda” sözü “yekunu üzrə” sözləri ilə əvəz edilsin.
7. 10-cu maddə üzrə:
7.1. 10.1-ci maddəyə “ümumiləşdirmələr” sözündən əvvəl “təhlil və” sözləri əlavə edilsin;
7.2. 10.2-ci maddəyə “tövsiyələr” sözündən sonra “alındığı gündən 5 iş günü ərzində” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2020-ci il.
Noyabrın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub.
Azərbaycan...
05 noyabr 2024, 22:12
Hörmətli Sammit iştirakçıları!
Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
Bu gün dünyamızın...
05 noyabr 2024, 10:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin...
04 noyabr 2024, 13:02Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...
04 noyabr 2024, 13:00
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin...
01 noyabr 2024, 16:37Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı - İnqilab Gününün 70-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən...
01 noyabr 2024, 11:09