“Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

10 iyul 2020, 22:10


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 484; 2001, № 3, maddə 143, № 11, maddələr 676, 687, № 12, maddə 731; 2002, № 5, maddə 241, № 6, maddə 328; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 7, maddə 507; 2006, № 2, maddə 75; 2007, № 6, maddə 560; 2008, № 7, maddə 602; 2010, № 2, maddə 70, № 4, maddə 275; 2013, № 11, maddə 1317; 2015, № 5, maddə 484; 2016, № 6, maddə 968; 2017, № 7, maddə 1263; 2019, № 1, maddə 9, № 11, maddə 1684, № 12, maddələr 1881, 1908) 35-ci maddəsinin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“Dövlət bu uşaqların sosial bacarıqlarının inkişafına, peşə-əmək və psixoloji-pedaqoji reabilitasiyasına, habelə psixoloji korreksiyasına kömək göstərir, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısını almaq üçün tədbirlər görür.”.

Maddə 2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə 1097; 2012, № 5, maddə 402, № 7, maddə 671; 2013, № 4, maddələr 362, 363, № 7, maddə 795, № 11, maddələr 1295, 1298; 2014, № 4, maddələr 343, 346, № 5, maddə 467, № 11, maddə 1352; 2015, № 1, maddə 2, № 2, maddələr 76, 79, 105, № 5, maddə 502, № 6, maddə 686, № 11, maddələr 1256, 1276; 2016, № 11, maddələr 758, 1784, 1795, № 12, maddə 1993; 2017, № 2, maddələr 138, 150, № 5, maddə 727, № 8, maddə 1507, № 10, maddə 1774, № 12 (I kitab), maddə 2215; 2018, № 2, maddələr 143, 157, № 4, maddə 645, № 6, maddələr 1165, 1192, № 7 (I kitab), maddələr 1432, 1436, 1439; 2019, № 1, maddə 46, № 6, maddə 997, № 7, maddə 1183, № 8, maddə 1376) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1-ci maddənin 28-ci və 37-ci bəndlərində “əlil arabaları” sözləri “əlilliyi olan şəxs üçün arabalar” sözləri ilə əvəz edilsin;

2.2. 1-ci maddənin 36-cı bəndində “mühərriksiz əlil arabalarında” sözləri “əlilliyi olan şəxs üçün mühərriksiz arabalarda” sözləri ilə, “əlil arabası” sözləri “əlilliyi olan şəxs üçün araba” sözləri ilə əvəz edilsin;

2.3. 9-cu maddənin III hissəsində “əlillərin və sağlamlıq imkanları məhdud uşaqların” sözləri “əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri ilə əvəz edilsin;

2.4. 34-cü maddənin III hissəsinin 14-cü bəndində “əlil” sözü “əlilliyi olan şəxs” sözləri ilə əvəz edilsin;

2.5. 37-ci maddənin I hissəsinin 11-ci bəndində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;

2.6. 40-cı maddənin I hissəsinin 1-ci və 3-cü bəndlərində “mühərriksiz əlil arabalarında” sözləri “əlilliyi olan şəxs üçün mühərriksiz arabalarda” sözləri ilə əvəz edilsin;

2.7. 53-cü maddənin X hissəsi üzrə:

2.7.1. birinci cümlədə “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;

2.7.2. ikinci cümlədə “Əlillər” sözü “Əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;

2.7.3. üçüncü cümlədə “Əlillər” sözü “Əlilliyi olan şəxslər” sözləri ilə və “əlil avtomobili” sözləri “əlilliyi olan şəxs” tanınma” sözləri ilə əvəz edilsin;

2.7.4. dördüncü cümlədə “əlil” sözü “əlilliyi olan şəxs” sözləri ilə əvəz edilsin;

2.8. 64-cü maddənin V hissəsinin 4-cü bəndində “I və II qrup əlillərin idarə etdiyi” sözləri “Əlilliyi olan şəxs” sözləri ilə əvəz edilsin;

2.9. 69-cu maddənin VI hissəsinin 24-cü bəndində “Əlil” sözü “Əlilliyi olan şəxs” sözləri ilə əvəz edilsin;

2.10. 72-ci maddə üzrə:

2.10.1. birinci hissənin 5-ci bəndində “Əlil” sözü “Əlilliyi olan şəxs” sözləri ilə və “II qrup əlillər” sözləri “II dərəcə əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;

2.10.2. “Qeyd” hissənin birinci cümləsində “Əlil” sözü “Əlilliyi olan şəxs” sözləri ilə, “II qrup əlillərə” sözləri “II dərəcə əlilliyi olan şəxslərə” sözləri ilə və ikinci cümləsində “Əlil” sözü “Əlilliyi olan şəxs” sözləri ilə əvəz edilsin;

2.11. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 7 saylı Əlavə “Nəqliyyat vasitələrinin tanınma nişanları”nın mətnində “əlil” sözü “əlilliyi olan şəxs” sözləri ilə əvəz edilsin.

Maddə 3. “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 565; 2000, № 12, maddə 833; 2005, № 10, maddə 876; 2007, № 5, maddə 437; 2009, № 6, maddə 395; 2010, № 4, maddə 276; 2011, № 2, maddə 71; 2016, № 1, maddə 34; 2019, № 4, maddə 576, № 6, maddə 1004) 14-cü maddəsinin ikinci hissəsinin ikinci abzasında “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin.

Maddə 4. “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 56; 2002, № 6, maddə 328; 2004, № 3, maddə 133; 2008, № 7, maddə 602; 2017, № 7, maddə 1281; 2018, № 3, maddə 370) 22-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində “əlil və ya sağlamlıq imkanları məhdud uşaq” sözləri “əlilliyi olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” sözləri ilə əvəz edilsin.

Maddə 5. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 390; 2002, № 5, maddə 241; 2003, № 1, maddələr 11, 13; 2006, № 6, maddə 478, № 8, maddə 657; 2007, № 1, maddə 3, № 6, maddə 571; 2008, № 5, maddə 348, № 12, maddə 1048; 2012, № 6, maddə 504; 2014, № 3, maddə 235; 2015, № 3, maddə 245, № 10, maddə 1096; 2018, № 11, maddə 2206) 9-cu maddəsinin üçüncü hissəsinin üçüncü abzasında “əlil olmuş” sözləri “iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

Maddə 6. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 392; 2001, № 11, maddələr 676, 699, № 12, maddə 731; 2007, № 11, maddə 1053; 2010, № 4, maddə 280; 2011, №7, maddə 602; 2014, № 11, maddə 1340; 2015, № 10, maddə 1104; 2017, № 1, maddə 30; 2019, № 1, maddə 9) 6-cı maddəsinin ikinci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

6.1. üçüncü abzasda “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;

6.2. yeddinci abzasda “tək pensiyaçıların və əmək qabiliyyəti olmayan əlillərin” sözləri “xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə şəxsə (ailəyə) qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan pensiyaçıların və əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin.

Maddə 7. “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 469; 2001, № 12, maddə 736; 2002, № 12, maddə 709; 2003, № 12 (I kitab), maddə 672; 2007, № 10, maddə 938; 2015, № 11, maddə 1264; 2018, № 11, maddə 2199; 2019, № 6, maddə 993) 7-ci maddəsinin 4-cü hissəsinin dördüncü abzasında “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin.

Maddə 8. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 477; 2001, № 11, maddə 687, № 12, maddələr 731, 736; 2002, № 5, maddə 241, № 6, maddə 328; 2006, № 2, maddə 75; 2007, № 6, maddə 561, № 12, maddə 1197; 2008, № 7, maddə 602; 2010, № 4, maddə 275; 2013, № 5, maddə 477; 2016, № 11, maddə 1765; 2018, № 5, maddə 872, № 12 (I kitab), maddə 2505; 2019, № 8, maddə 1382, № 12, maddə 1908) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 1-ci maddənin on birinci abzasında “II qrup əlil” sözləri “II dərəcə əlilliyi olan şəxs” sözləri ilə əvəz edilsin;

8.2. 7-ci maddənin ikinci hissəsinin ikinci cümləsi üçüncü cümlə hesab olunsun və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Sosial xidmət müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların növbədənkənar mənzil almaq hüququ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 32.3-cü maddəsinə uyğun olaraq müəyyən edilir.”.

Maddə 9. “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 10, maddə 569; 2001, № 12, maddə 736; 2005, № 8, maddə 692; 2006, № 11, maddə 928; 2007, № 6, maddə 560; 2008, № 8, maddə 695, № 11, maddə 960; 2009, № 12, maddə 966; 2013, № 4, maddə 357; 2014, № 1, maddə 8, № 4, maddə 337; 2015, № 2, maddə 75, № 3, maddə 251) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 5-ci maddənin ikinci hissəsinin “c” bəndi üzrə:

9.1.1. birinci abzasda “sığorta olunana əlillik təyin olunduqda” sözləri “sığortaolunanın əlilliyi müəyyən edildikdə” sözləri ilə əvəz edilsin;

9.1.2. ikinci, üçüncü və dördüncü abzaslarda “qrup” sözü “dərəcə” sözü ilə əvəz edilsin;

9.2. 7-ci maddənin birinci hissəsinin “b” bəndinin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın surəti;”.

Maddə 10. “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 5; 2001, № 12, maddə 731; 2008, № 7, maddə 602; 2017, № 1, maddə 1) 13-cü maddəsinin birinci hissəsinin dördüncü abzasında “əlil və ya sağlamlıq imkanları məhdud olarsa” sözləri “əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilərsə” sözləri ilə əvəz edilsin.

Maddə 11. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14; 2001, № 3, maddələr 138, 145, 146, 147, № 12, maddələr 731, 745; 2002, № 6, maddə 328, № 8, maddə 464; 2004, № 2, maddə 57, № 11, maddə 886; 2005, № 7, maddələr 576, 588, № 10, maddə 871; 2006, № 4, maddə 312, № 11, maddə 933; 2007, № 8, maddə 756, № 11, maddə 1078; 2008, № 7, maddə 602, № 8, maddə 695, №12, maddə 1048; 2010, № 6, maddə 482; 2011, № 2, maddə 71; 2015, № 5, maddə 501; 2015, № 10, maddə 1086, № 11, maddə 1250; 2016, № 1, maddə 16; 2017, № 3, maddə 328, № 12 (I kitab), maddə 2207; 2018, № 12, maddə 2488; 2019, № 2, maddə 180) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

11.1. 72-ci maddənin ikinci hissəsinin “z” bəndinin dördüncü abzasının birinci cümləsində “ikinci qrup 18 yaşından yuxarı olan əlil uşaqlar” sözləri “ikinci dərəcə əlilliyi olan övladları” sözləri ilə əvəz edilsin;

11.2. 152-ci maddənin birinci hissəsinin birinci cümləsində “xəstəlikdən əlil olmuş” sözləri “xəstəliklə əlaqədar əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 may 2020-ci il.

SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50