“Yaşayış minimumu haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

10 iyul 2020, 20:19

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 974; 2006, № 6, maddə 480; 2007, № 5, maddə 401; 2017, № 12 (I kitab), maddə 2205; 2018, № 3, maddə 393) 1.0.3-cü maddəsində “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 562; 2007, № 12, maddə 1218; 2008, № 7, maddə 602) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.0.8-ci maddədə “əlillik və ya” sözləri “əlilliklə, o cümlədən” sözləri ilə əvəz edilsin;

2.2. 7.2-ci maddədə “Şəxs donorluqla əlaqədar əlil olduqda” sözləri “Şəxsin donorluqla əlaqədar əlilliyi müəyyən edildikdə” sözləri ilə və “əmək xəsarəti” sözləri “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri” sözləri ilə əvəz edilsin.

Maddə 3. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 563; 2008, № 7, maddə 602; 2016, № 4, maddə 650) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4-cü maddənin birinci cümləsinə “əlillik,” sözündən sonra “o cümlədən” sözləri əlavə edilsin;

3.2. 9.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“9.2. İrsi qan xəstəliyi olan şəxslərin əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. İrsi qan xəstəliyi olan 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlillik müddətsiz müəyyən edilir.”.

Maddə 4. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 695; 2007, № 5, maddə 437, № 10, maddələr 932, 938; 2008, № 7, maddə 602; 2009, № 1, maddə 6; 2014, № 11, maddə 1374; 2015, №11, maddə 1273; 2016, № 6, maddə 992; 2017, № 1, maddə 8, № 11, maddə 1982; 2018, № 5, maddə 884; 2019, № 11, maddə 1690) 26.5-ci maddəsində “Əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər” sözləri “Əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri ilə əvəz edilsin.

Maddə 5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1084; 2006, № 12, maddə 1031; 2008, № 6, maddə 462; 2011, № 7, maddə 592; 2014, № 12, maddə 1516; 2016, № 4, maddə 643; 2018, № 12 (I kitab), maddələr 2470, 2530; 2019, № 1, maddələr 5, 21, № 2, maddə 184, № 12, maddə 1901) aşağıdakı məzmunda 27.2-1-ci maddə əlavə edilsin:

“27.2-1. İnzibati icraatda iştirak edən və ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyacı olan əlilliyi olan şəxslər ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçilərin) xidmətləri ilə təmin edilirlər. Bu halda ixtisaslaşmış vasitəçilər (qiraətçilər və peşəkar surdo tərcüməçilər) bu Qanunun məqsədləri üçün tərcüməçi hesab olunurlar.”.

Maddə 6. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1005; 2008, № 6, maddə 474, № 7, maddə 602; 2015, № 3, maddə 257; 2018, № 5, maddə 871; 2019, № 3, maddə 380) 9.0.1-ci maddəsində “qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində” sözləri “ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilsin.

Maddə 7. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 3, maddə 380, № 2, maddə 205, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382, № 11, maddə 1691) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 11-ci maddə üzrə:

7.1.1. 11.1-ci maddənin ikinci cümləsində “qrupları, əlilliyin və ya” sözləri “dərəcələri, əlilliyin, o cümlədən” sözləri ilə, “, habelə onların başvermə” sözləri “və” sözü ilə əvəz edilsin;

7.1.2. 11.2-ci və 11.2.2-ci maddələrdə “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;

7.1.3. 11.2.1-ci maddədə “müharibə əlilləri” sözləri “müharibə ilə əlaqədar əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;

7.1.4. 11.3-cü maddədə “müharibə əlili” sözləri “müharibə ilə əlaqədar əlilliyi olan şəxs” sözləri ilə əvəz edilsin;

7.2. 12-ci maddə üzrə:

7.2.1. 12.1-ci maddənin birinci və ikinci cümlələrində “qrup əlillərə” sözləri “dərəcə əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

7.2.2. 12.2-ci maddədə “I qrup müharibə əlili” sözləri “müharibə ilə əlaqədar I dərəcə əlilliyi” sözləri ilə əvəz edilsin;

7.3. 13.3-1-ci maddənin birinci cümləsində “I qrup müharibə əlili” sözləri “müharibə ilə əlaqədar I dərəcə əlilliyi” sözləri ilə əvəz edilsin;

7.4. 14-cü maddə üzrə:

7.4.1. 14.1.1.2-ci maddədə “əlil” sözü “əlilliyi olan şəxs” sözləri ilə əvəz edilsin;

7.4.2. 14.1.2-ci maddədə “II qrup əlildirsə” sözləri “II dərəcə əlilliyi olan şəxsdirsə” sözləri ilə əvəz edilsin;

7.5. 17.2-ci maddənin birinci cümləsində “I qrup müharibə əlili” sözləri “müharibə ilə əlaqədar I dərəcə əlilliyi” sözləri ilə əvəz edilsin;

7.6. 19-cu maddə üzrə:

7.6.1. 19.1.2-ci maddədə “I qrup gözdən əlillərə” sözləri “I dərəcə gözdən əlilliyi olan şəxslərə” sözləri ilə və “qrup əlillərə” sözləri “dərəcə əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

7.6.2. 19.1.3-cü maddədə “qrup əlillərə” sözləri “dərəcə əlilliyi olan şəxslərə” sözləri ilə və “18 yaşınadək şəxslərə” sözləri “18 yaşınadək uşaqlara” sözləri ilə əvəz edilsin;

7.6.3. 19.1.7.1–19.1.7.3-cü, 19.1.8.1-ci və 19.1.8.2-ci maddələrdə “qrup əlillərə” sözləri “dərəcə əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

7.6.4. 19.1.7-ci maddədə “müharibə əlillərinə” sözləri “müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə” sözləri ilə, “əlilləri” sözü “ilə əlaqədar əlilliyi olan şəxslər” sözləri ilə və “əlillərə” sözü “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

7.6.5. 19.1.8-ci maddədə “əlillərinə” sözü “bununla əlaqədar əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

7.6.6. 19.1.8.3-cü maddədə “qrup əlillərə” sözləri “dərəcə əlilliyi olan şəxslərə” sözləri ilə və “əlil” sözü “əlilliyi” sözü ilə əvəz edilsin;

7.7. 20-ci maddə üzrə:

7.7.1. 20.1.1-ci, 20.1.3-cü, 20.1.4-cü, 20.1.5-1-ci, 20.1.6-cı, 20.1.7-ci, 20.1.9-cu, 20.1.14-cü, 20.1.16-cı, 20.1.18-ci, 20.1.20-ci, 20.3-cü və 20.22-ci maddələrdə “qrup əlil olmuş” sözləri “dərəcə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

7.7.2. 20.16.1-ci maddədə “I qrup müharibə əlillərinə” sözləri “müharibə ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslərə” sözləri ilə, “II qrup müharibə əlillərinə” sözləri “müharibə ilə əlaqədar II dərəcə əlilliyi olan şəxslərə” sözləri ilə və “III qrup müharibə əlillərinə” sözləri “müharibə ilə əlaqədar III dərəcə əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

7.7.3. 20.16.2-ci maddədə “I qrup digər əlillərə” sözləri “I dərəcə əlilliyi olan digər şəxslərə” sözləri ilə, “əlillərə” sözü “əlilliyi olan şəxslərə” sözləri ilə və hər iki halda “qrup əlillərə” sözləri “dərəcə əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

7.7.4. 20.17.1-ci maddədə “müharibə əlilləri” sözləri “müharibə ilə əlaqədar əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;

7.8. 21-ci maddə üzrə:

7.8.1. 21.2.4-cü maddədə “I qrup əlilə” sözləri “I dərəcə əlilliyi olan şəxsə” sözləri ilə əvəz edilsin;

7.8.2. 21.2.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən I və II dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət;”;

7.9. 36-cı maddənin adında və 36.1-ci maddədə hər iki halda ismin müvafiq hallarında “qrupu” sözü ismin müvafiq hallarında “dərəcəsi” sözü ilə əvəz edilsin;

7.10. 37.5-ci maddədə “Qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlara” sözləri “Ahıllara və əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” sözləri ilə əvəz edilsin;

7.11. 41-ci maddə üzrə:

7.11.1. adında “Əlillərin, 18 yaşınadək sağlamlıq imkanları məhdud şəxslərin” sözləri “Əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri ilə əvəz edilsin;

7.11.2. 41.1-ci maddədə “Əlil, sağlamlıq imkanları məhdud şəxs” sözləri “Əlilliyi olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” sözləri ilə əvəz edilsin;

7.11.3. 41.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“41.2. Onun əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu yenidən müəyyən edilərsə, əmək pensiyasının verilməsi əlilliyin, o cümlədən sağlamlıq imkanlarının məhdudluğun yenidən müəyyən edildiyi gündən bərpa edilir.”;

7.11.4. 41.4-cü maddədə “əlil” sözü “əlilliyi olan şəxs” sözləri ilə, “qrupuna” sözü “dərəcəsinə” sözü ilə və “qrup” sözü “dərəcə” sözü ilə əvəz edilsin.

Maddə 8. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 76; 2007, № 10, maddə 933; 2008, № 6, maddələr 464, 475; 2013, № 1, maddə 19, № 6, maddə 618, № 11, maddələr 1240, 1306; 2017, № 7, maddə 1278; 2018, № 3, maddə 400, № 5, maddə 869; 2019, № 3, maddə 380, № 12, maddə 1893) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 1.0.2-ci maddədə “əlil” sözü “əlilliyi olan” sözləri ilə əvəz edilsin;

8.2. 4.0.1.3-cü maddəyə “əlilliyə” sözündən əvvəl “18 yaşından yuxarı əlilliyi olan şəxslərə” sözləri əlavə edilsin;

8.3. 7-ci maddə üzrə:

8.3.1. 7.0.3-cü maddəyə “əlilliyə” sözündən əvvəl “18 yaşından yuxarı əlilliyi olan şəxslərə” sözləri əlavə edilsin;

8.3.2. 7.0.11-ci maddədə “əlil olduğunu” sözləri “əlilliyinin müəyyən edildiyini” sözləri ilə, “müvafiq icra hakimiyyəti orqanının arayışı” sözləri “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərar” sözləri ilə əvəz edilsin;

8.4. 9-cu maddə üzrə:

8.4.1. 9.1.4.2-ci maddədə “əlil” sözü “əlilliyi olan” sözləri ilə əvəz edilsin;

8.4.2. 9.2-ci maddədə “və ya” sözləri “, o cümlədən” sözləri ilə əvəz edilsin;

8.5. 11.1.3-cü maddədə “əlilliyə” sözündən əvvəl “18 yaşından yuxarı əlilliyi olan şəxslərə” sözləri əlavə edilsin.

Maddə 9. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 216; 2003, № 6, maddə 256; 2004, № 4, maddə 212, № 5, maddə 314; 2006, № 2, maddə 67, № 6, maddə 478, № 11, maddə 923; 2008, № 12, maddə 1048; 2014, № 3, maddə 234; 2015, № 3, maddə 248, № 10, maddə 1095) ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 13-1.1-ci maddəsində “əlil olmuş” sözləri “iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 may 2020-ci il.

SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50