logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Şəhriyar Həsənovdan, Quba, Azərbaycan

Text size icon-size icon-size

10 iyul 2020, 13:30

Əziz Prezidentimiz.

Yaşadığımız Cici kəndində toxunan xalçalar bütün dünyada məşhurdur. Bu gün də kəndimizin qadınları bu qədim el sənətini yaşadırlar. Kəndimiz son illər çox inkişaf edib, yeni məktəb tikilib, evlərə qaz xətti çəkilib, yollarımız əsaslı təmir olunub.

Bir ziyalı, bir ağsaqqal kimi belə çətin günlərdə rayonumuzda abadlıq işlərinin davam etdirilməsindən qürurlanıram. İmkansız ailələr üçün tikilən evlər, Quba-Qonaqkənd yolunun asfaltlanması qubalıların sevincinə səbəb olub.

Bütün dünyanın koronovirusla mübarizə apardığı bir vaxtda rayonumuzda bu işlərin həyata keçirilməsi Sizin qətiyyətinizin, xalq üçün çalışmağınızın bariz göstəricisidir.

Allah Sizi qorusun.

Hörmətlə,

Həsənov Şəhriyar Ələkbər oğlu

Azərbaycan Respublikası, Quba rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi