Elgün Aslanovdan, Gəncə, Azərbaycan
09 iyul 2020, 17:50
Hörmətli cənab Prezident.
Gəncə şəhərinə hər səfəriniz bizim üçün tarixi bir günə çevrilir. Şəhərimizə son səfəriniz zamanı Sizin və Birinci vitse-prezident Mehriban xanımın Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tipli tədris korpusunun açılışında iştirakınız bizi qürurlandırdı.
Əlbəttə ki, Sizin bu qayğınız biz ziyalıları daha da ruhlandırır. Aqrar sahəyə və universitetimizə ayırdığınız bu diqqətə və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm.
Mən Azərbaycan vətəndaşı, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşı olmaqdan qürur duyuram.
Var olun, cənab Prezident.
Hörmətlə,
Elgün Aslanov
Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının dosenti
Azərbaycan Respublikası, Gəncə şəhəri.