Elvira Əhmədovadan, Gəncə, Azərbaycan


07 iyul 2020, 14:00
Hörmətli cənab Prezident.
Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafın zirvəsinə yüksəlmişdir, dünya birliyində özünə layıqli yer tutmuşdur. Koronavirus adlı bəlanın bütün dünya ölkələrini əsarətə aldığı və iqtisadiyyatını çökdürdüyü bir vaxtda, Sizin əhalinin rifahı ilə bağlı heç bir layihəni ixtisar etməməyiniz bir daha göstərdi ki, rəhbərimiz xalqına nə qədər bağlıdır və xalqını nə qədər sevir. Aqrar sahəyə, eyni zamanda, Azərbaycan Dövlət Aqrar Universitetinə göstərdiyiniz qayğı və diqqət bizi həm sevindirir, həm də daha da ruhlandırır.
Cənab Prezident, bu qayğı üçün Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Əhmədova Elvira İsmayıl qızı
Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi
Azərbaycan Respublikası, Gəncə şəhəri.