logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Elşən Mustafayevdən, Mingəçevir, Azərbaycan

Text size icon-size icon-size

02 iyul 2020, 10:30

Hörmətli Mehriban xanım.

Siz həyatınızı Azərbaycana və onun xalqına həsr etmisiniz. Ulu Öndərin adını daşıyan və Sizin rəhbərlik etdiyiniz Fond yarandığı ilk gündən etibarən qayğıya ehtiyacı olan insanlara kömək edir. Sizin göstərişinizlə Heydər Əliyev Fondundan ayrılan vəsaitlər sayəsində yeni məktəblərin, bağçaların, körpələr evlərinin, tibb müəssisələrinin tikintisi və təmiri həyata keçirilir. Siz tez-tez körpələr evlərinə baş çəkirsiniz, oradakı körpələr Sizdən ana qayğısı, nəvazişi görürlər.

Müstəqil dövlətimizin inkişafına böyük töhfələr verdiyiniz üçün Sizə nə qədər təşəkkür etsək azdır.

Hörmətli Mehriban xanım, oğlum Mustafayev Rüfət Elşən oğlu sağlamlıq imkanı məhdud uşaqdır. Göstərişinizlə oğluma Heydər Əliyev Fondu tərəfindən ərzaq payı göndərildiyi üçün Sizə təşəkkür edirik.

Hörmətlə,

Mustafayev Elşən Eyyub oğlu

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.    

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi