Rusiya Federasiyasının Baş naziri Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng etmişdir
Text size
24 dekabr 2011, 14:55
Rusiya Federasiyasının Baş naziri Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Vladimir Putin Prezident İlham Əliyevi anadan olmasının 50 illiyi münasibətilə təbrik etmiş, ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulamışdır.
Dövlətimizin başçısı təbrikə və diqqətə görə Vladimir Putinə minnətdarlığını bildirmişdir.
Telefon söhbəti zamanı ikitərəfli münasibətlərimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunmuşdur.