logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ukrayna Prezidenti Viktor Yanukoviç Prezident İlham Əliyevə telefonla zəng etmişdir

Text size icon-size icon-size

24 dekabr 2011, 14:40

Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Viktor Yanukoviç dövlətimizin başçısına anadan olmasının 50 illiyi münasibətilə təbriklərini çatdırmış, ona prezidentlik fəaliyyətində uğurlar arzulamışdır.

Dövlət başçısı təbrikə və diqqətə görə Viktor Yanukoviçə minnətdarlığını bildirmişdir.

Prezidentlər Azərbaycanla Ukrayna arasında müxtəlif sahələrdə uğurla inkişaf edən əlaqələrin bundan sonra da genişlənəcəyinə ümidvar olduqlarını bildirmişlər.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi