Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Prezident İlham Əliyevə telefonla zəng etmişdir
24 dekabr 2011, 14:20
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Prezident İlham Əliyevə telefonla zəng etmişdir.
Dmitri Medvedev dövlətimizin başçısını anadan olmasının 50 illiyi münasibətilə təbrik etmiş, ona prezidentlik fəaliyyətində uğurlar arzulamışdır.
Prezident İlham Əliyev təbrikə və diqqətə görə Dmitri Medvedevə minnətdarlığını bildirmişdir.
Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulamış, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əməkdaşlığımızın inkişafı baxımından önəmini qeyd etmiş, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildirmişlər.