Üzeyir Məmmədov və başqalarından, Lerik, Azərbaycan


13 iyun 2020, 14:05
Hörmətli cənab Ali Baş Komandan.
Sizin şəhid ailələrinə, Qarabağ qazilərinə göstərdiyiniz diqqət və qayğı bizi çox sevindirir. Xalqımızın bu çətin günündə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün fərdi yaşayış evlərinin tikintisinin davam etdirilməsi dövlətimizin bu sahəyə diqqətinin bariz nümunəsidir.
Biz - Qarabağ qaziləri Sizin rəhbəri olduğunuz ölkədə yaşamağımızla fəxr edirik. Lerikdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi yaşayış evlərinin tikintisi rayonun bütün sakinlərinin sevincinə səbəb olub. Hər bir şəhid bizə qardaş qədər doğma və əzizdir.
Cənab Prezident, biz - Qarabağ qazilərinin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad edilməsidir. Buna görə Sizin ətrafinızda daim sıx birləşmişik və Sizin döyüş əmrinizi gözləyirik.
Hörmətlə,
Məmmədov Üzeyir
Hacıyev Gəray
Aslanov Zeynal
Məlikov Veysəl
Ağayev Mərdan və başqaları, Qarabağ qaziləri.
Azərbaycan Respublikası, Lerik rayonu.