Fərhad Dünyamalıyevdən, Astara, Azərbaycan


12 iyun 2020, 14:00
Hörmətli cənab Prezident.
Yürütdüyünüz xarici və daxili siyasəti, xüsusilə son dövrlər aparılan genişmiqyaslı islahatları dəstəkləyirəm. Azərbaycanda baş verən köklü dəyişikliklər məhz Sizin adınızla bağlıdır.
Bu genişmiqyaslı islahatlara görə Sizə minnətdarlığımı bildirirəm. Siz iqtisadiyyatdan əldə olunan gəlirləri əhalinin sosial müdafiəsinə, rifahının gücləndirilməsinə yönəldirsiniz. Bu da xalqın rifahının Sizin üçün hər şeydən önəmli olduğunu göstərir.
Kiçik sahibkarlıqla məşğul olan şəxs kimi uzaqgörən siyasətinizə, sahibkarlar üçün yaratdığınız etibarlı mühitə görə bir daha Sizə təşəkkür edir, bu məsuliyyətli və şərəfli işinizdə yeni müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
Dünyamalıyev Fərhad Manaf oğlu.
Azərbaycan Respublikası, Astara rayonu.