Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexodan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
01 iyun 2020, 18:25
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə Peru xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin, xüsusilə də iqtisadi-ticari və investisiya sahələrində əlaqələrin gələcəkdə daha da möhkəmlənməsini arzuladığımı bildirirəm.
Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir zamanda Azərbaycan xalqına möhkəm cansağlığı, tərəqqi və firavanlıq diləyirəm.
Zati-aliləri, Sizə ən dərin ehtiramımı bildirirəm.
Martin Vizkarra Kornexo
Peru Respublikasının Prezidenti