Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Usmanovdan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
29 may 2020, 14:25
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycanın bütün sakinlərinin fədakar əməyi sayəsində bu gün respublikanız regionun və dünyanın ən uğurlu və sabit dövlətlərindən biridir. Şübhə yoxdur ki, bu uğurların qazanılmasında Azərbaycanın rəhbərliyi mühüm rol oynayıb. Bu ölkənin lideri kimi Sizin yüksək keyfiyyətlərə malik olduğunuzu bildiyim üçün mən əminəm ki, respublikanızı qarşıda çoxlu qələbələr və yeni zirvələr gözləyir.
İcazə verin, Sizə və bütün azərbaycanlılara möhkəm cansağlığı, xoşbəxtlik diləyim və bütün niyyətlərinizin həyata keçməsini arzulayım.
Hörmətlə,
Əlişir Usmanov
Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti